31 Oktyabr 2022, 09:19
Hindistanda kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 140-ı keçib-YENİLƏNİB

Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.
"Operativ Media" xəbər verir ki, 177 nəfər xilas edilib, 19 nəfər isə ağır xəsarətlər alıb.
***
30 Oktyabr 19:54
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb. 100-dən çox insan su altında qalıb.
Xilasedicilər hazırda hadisə yerindədir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.