31 Oktyabr 2022, 10:22
Narkotik satan 2 nəfər saxlanılıb
Narkotik satan 2 nəfər saxlanılıb şəkil
Narkotik satan 2 nəfər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb