31 Oktyabr 2022, 10:32
Avtoxuliqanlıq edən sürücü saxlanılıb
Avtoxuliqanlıq edən sürücü saxlanılıb şəkil
Avtoxuliqanlıq edən sürücü saxlanılıb

Zaqatalada avtoxuliqanlıq edib, sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

BDYPİ-dən "Operativ Media"ya verilən məlumata görə, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb

Son xəbərlər
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb