Gəncə-Göygöl yolunda avtobusla iki avtomobil toqquşub
Nərmin Qocamanlı
Gəncə-Göygöl yolunda zəncirvari qəza baş verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, “İsizu” markalı sərnişin avtobusu, “VAZ 2107” və “Volkswagen Passat” markalı avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma