Şuşada "Ali təhsil haqqında" qanun layihəsi müzakirə olunur

Nərmin Qocamanlı
Şuşada  "Ali təhsil haqqında" qanun layihəsi müzakirə olunur

Şuşa şəhərində Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.

"Operativ Media" xəbər verir ki, toplantının gündəliyinə iki məsələ daxil edilib.

İclasda əvvəlcə "Ali təhsil haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Daha sonra isə işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər