31 Oktyabr 2022, 20:48
Sərnişin daşıyan avtomobil ağaca çırpılıb-YENİLƏNİB
Sərnişin daşıyan avtomobil ağaca çırpılıb-YENİLƏNİB şəkil
Sərnişin daşıyan avtomobil ağaca çırpılıb-YENİLƏNİB

Oğuzda qəza zamanı xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

"Operativ Media" xəbər verir ki,  həmin şəxs rayonun Kərimli kənd sakini 1976-cı il təvəllüdlü Ağalar İspəndiyar oğlu Həşimovdu.

Onun müayinə və müalicəsi Şəki RMX-da aparılır.

***

19:28

Oğuzda sərnişin daşıyan avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndində baş verib.

Hələ ki şəxsiyyəti müəyyənləşməyən Oğuz rayon sakini idarəetməni itirib. O, “Ford” markalı avtomobili hərəkətdə olan traktorun qoşqusuna vurub.

Qəzadan sonra avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsinə namizəd irəli sürüb
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib