01 Noyabr 2022, 12:27
Verlişlərdə iştirak edən QHT ekspertlərinə qonarar verilməsi təklif olunur
Verlişlərdə iştirak edən QHT ekspertlərinə qonarar verilməsi təklif olunur şəkil
Verlişlərdə iştirak edən QHT ekspertlərinə qonarar verilməsi təklif olunur

Azərbaycanda televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonarar verilməsi təklif olunur.

"Operativ Media" xəbər verir ki, bu təkliflə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O deyib ki, televiziyalarda ekspertlər üçün qonorar fondu yaradılmalıdır.

“Həmin fondun maliyyəsi hesabına verilişə dəvət olunan QHT ekspertərinə əməyinə görə qonarar verilməlidir. Çünki biz saatlarla çıxış edib fikirlərimizi bildiririk”, - İ.Hüseynli söyləyib.

O, eyni zamanda QHT-lərin ofislə bağlı ciddi problemlərinin olduğunu bildirib: “Bəllidir ki, bu yaxınlarda siyasi partiyalara ofislər verildi. Lakin 2014-cü ildən sonrakı müddətdə QHT-lərin ofisləri maddiyyat ucbatından bağlandı. Təklif edirəm ki, az ödənişlə ofislə təminatımıza imkan yaradılsın. Bundan başqa, QHT-lər üçün dövlət tərəfindən ayrılan 9000 manatlıq qrantdan DSMF xərcləri üçün 25 %-lik verginin ləğvini də təklif edirəm”.

Son xəbərlər
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr edib - FOTO