01 Noyabr 2022, 17:50
MN: "Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb"-YENİLƏNİB
MN: "Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb"-YENİLƏNİB şəkil
MN: "Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb"-YENİLƏNİB

Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

"Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Bildiririk ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

 

***

 

(16:06)Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Məlumata görə, ötən gecə Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib..

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub