Menyu

Yevlaxda iki avtomobil toqquşub, bir nəfər ölüb, üç nəfər yaralanıb

Nərmin Qocamanlı
Yevlaxda iki avtomobil toqquşub, bir nəfər ölüb, üç nəfər  yaralanıb
1 dəq oxu

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Pərvin Məhərrəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1980-ci il təvəllüdlü Samir Səfərovun idarə etdiyi "Nissan Maxima" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan sərnişin, 1966-cı il təvəllüdlü Həqiqət Məhərrəmova hadisə yerində ölüb. Daha 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Əlaqəli Xəbərlər