Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Nərmin Qocamanlı
Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Noyabrın 1-də saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Digər xəbərlər