02 Noyabr 2022, 11:39
Şabranda qanunsuz ov edənlər saxlanılıb
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.
Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.