“TƏBİB ailəsi olaraq çalışdıq ki, müharibə dövründə əlimizdən gələni edək. Hazırki dövrdə isə əsas məqsədimiz qazilərimizin sağlamlığını bərpa etməkdir”.
"Operativ Media" xəbər verir ki, bunu 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr edilmiş “Zəfərin Fatehləri” adlı tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, psixoloji dəstəklə bağlı işlər də aparılır: “Bu layihələr davamlı şəkildə aparılır. Bizim bir məqsədimiz var ki, döyüşlərdə iştirak edib yaralanan hər kəs öz sağlamlığına qovuşsun. Ordumuzun azad etdiyi torpaqlara qayıtmışıq. Zəngilanın Ağalı kəndində və Şuşada Modul Tipli xəstəxanımız fəaliyyət göstərir. İşğaldan azad edilmiş torpaqlarda yaşam şəraiti bərpa olduqca, TƏBİB ailəsinin həkimləri, əməkdaşları orada fəaliyyətini davam etdirəcək”.