![Nizami və Yasamal rayonlarında maşından oğurluq edən şəxslər saxlanılıb şəkil](http://operativmedia.az/storage/posts/1a96c3efd6.jpeg)
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1700 manat dəyərində monitor və cərəyan bloku, şadlıq saraylarının birində isə Bakı şəhər sakini H.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Orxan Vəliyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov küçəsində “Opel” markalı bir avtomobildən 50 manat pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev müəyyən olunaraq saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hər iki faktla bağlı araşdırma aparılır