Xırdalanda nənə və nəvəni vuran sürücü tutulub

Nərmin Qocamanlı
Xırdalanda nənə və nəvəni vuran sürücü tutulub

İki gün əvvəl Xırdalanda nənə və nəvəni vuran sürücü tutulub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər