02 Noyabr 2022, 14:28
Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə xüsusi təyinatlıların təlimi başlayıb
Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə xüsusi təyinatlıların təlimi başlayıb şəkil
Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə xüsusi təyinatlıların təlimi başlayıb

 

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

Müdafiə Nazirliyindən "Operatv Media"ya verilən məlumata görə, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb. Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək. Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub