Koronavirusla bağlı vəziyyət stabildir.
"Operativ Media" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin canlı yayımında "Qrip" mövzusunda danışarkən deyib.
O bildirib ki, pandemiya dövründən indiyə qədər xəstələrin sayı ən aşağı səviyyədədir: "Düzdür bəzən xəstəliyi yüngül keçirənlər müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır".