Göyçayda avtomobil azyaşlını vuraraq öldürüb

Nərmin Qocamanlı
Göyçayda avtomobil azyaşlını vuraraq öldürüb

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb


DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub.

Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.


Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər