http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

"Canlı musiqiyə görə əlavə ödəniş tələb olunarsa, müraciət edin" - VİDEO

02 Noyabr 2022 , 16:47
"Canlı musiqiyə görə əlavə ödəniş tələb olunarsa, müraciət edin" - VİDEO

Restoranlarda bəzi hallarda canlı musiqiyə görə müştərilərdən əlavə ödəniş tələb edilir. Maraqlısı odur ki, hərdən bununla bağlı nə menyuda, nə də xidmət personalı tərəfindən müştərilərə əvvəlcədən məlumat verilmir. Bəs belə halda müştəri nə etməlidir?

Xezerxeber.az xəbər verir ki, paytaxtda restoranların birində müştəridən hesabdan əlavə musiqi pulu tələb edilib. Üstəlik, bununla bağlı ona əvvəlcədən məlumat verilməyib. Elə bu səbəbdən müştəri həmin ödənişi etməkdən imtina edib və nəticədə restoran işlədənlərlə  mübahisə yaranıb.

Müsahibimiz Şamil Ağayev deyir ki, o, sonda musiqiyə görə tələb edilən məbləği ödəməyib.

Bu gün xüsusilə şəhərin mərkəzində, “Targovu” küçəsi kimi tanınan ərazidə bəzi restoranlar canlı musiqi təşkil edirlər. Restoran işlədən şəxslərin bəziləri buna görə ödəniş almadıqlarını bildirirlər.

Bəziləri isə tam əksini edir. Musiqiyə görə pul tələb etdiklərini deyirlər.

Marketoloq Mahir Zeynalov deyir ki, son dövrlər bu kimi halların sayı artıb. Yəni menyuda göstərilmədən musiqiyə görə əlavə pul tələb edən məkanlar çoxalır. O, belə halla qarşılaşan müştərilərin hansı addımı atmalı olduğunu açıqlayıb.

Mahir Zeynalovun sözlərinə görə, əgər restoran ödənişi almaqda israr edərsə, bu zaman müştəri aidiyyəti qurumlara müarciət etsin. Onların şikayətinə baxıldıqdan sonra, haqları təmin edilə bilər.

"Opeativ Media" xezerxeber-in videomaterialını təqdim edir:

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu