02 Noyabr 2022, 17:48
Bakı və Sumqayıtda zəfər gününə həsr olunmuş tədbirlər keçirilib
Bakı və Sumqayıtda zəfər gününə həsr olunmuş tədbirlər keçirilib şəkil
Bakı və Sumqayıtda zəfər gününə həsr olunmuş tədbirlər keçirilib


Noyabrın 2-də Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində yerləşən hərbi hissələrində 8 noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasimlər keçirilib. 


"Operativ Media" xəbər verir ki, tədbirlərdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları, polis əməkdaşları, şəhidlərin ailə üzvləri, veteranlar, həmçinin Nazirliyin yüksək rütbəli baş idarə rəisləri iştirak ediblər. 


Hər iki tədbirin əvvəlində respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndikdən sonra çıxış edənlər Vətən müharibəsində qələbəyə gedən yolda döyüşən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının şərəfli yol keçdiyini vurğulayıblar. Qeyd olunub ki, döyüş tapşırıqlarını icra edərkən DİN-in 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb.


Mərasimlərdə şəhid ailələrinin üzvləri və digər qonaqlar da çıxış edərək 8 noyabr – Zəfər Günü ilə əlaqədar hərbi qulluqçulara və polis əməkdaşlarına öz təbriklərini çatdırıblar. 


Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidləri ilə başa çatıb.

Son xəbərlər
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək