Bakıda yaşayış evi yanıb

admin
Bakıda yaşayış evi yanıb

Bakıda fərdi yaşayış evində yanğın olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək”,- deyə məlumatda qeyd olunub.

Digər xəbərlər