Menyu

Bəzi şəhər və qəsəbələri su ilə təmin edən mənbələrdə məhsuldarlıq azalıb

Nərmin Qocamanlı
Bəzi şəhər və qəsəbələri su ilə təmin edən mənbələrdə məhsuldarlıq azalıb

“Bəzi şəhər və qəsəbələri su ilə təmin edən mənbələrdə məhsuldarlığın azalmasını müşahidə edirik"

"Operativ Media" xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib

"Qlobal iqlim dəyişikliklərinin içməli su mənbələrinə təsiri artıq Azərbaycanda da hiss olunur. Bəzi şəhər və qəsəbələri su ilə təmin edən mənbələrdə məhsuldarlığın azalmasını müşahidə edirik. Bu mənbələrdə ötən illər ərzində “Azərsu” cəmiyyətində tədbirlər planına uyğun olaraq alternatif mənbələr yaradılaraq, əhalinin istifadəsinə verilib. Lakin, ümumilikdə bu su ehtiyyatlarının azalması əhalinin içməli su təchizatına elə də təsir göstərmir. Çünki Azərbaycanda su ehtiyatlarının təxminən 2 %-i içməli suya yönəldilir.”- deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər