03 Noyabr 2022, 13:28
Prezident Xəzər rayonunda yolların yenidən qurulmasına 4,4 milyon manat ayırdı
Prezident Xəzər rayonunda yolların yenidən qurulmasına 4,4 milyon manat ayırdı şəkil
Prezident Xəzər rayonunda yolların yenidən qurulmasına 4,4 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb