Menyu

Fransada baş verən hadisələr Azərbaycan - Ermənistan sülh danışıqlarına necə təsir edə bilər?

Redaksiya
Fransada baş verən hadisələr Azərbaycan - Ermənistan sülh danışıqlarına necə təsir edə bilər?

“Fransa bu gün bizim regionda həyata keçirilən dostluq, əməkdaşlıq, sülh siyasətinə birbaşa zərbə vuran bir ölkəyə çevrilib” – bunu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Soltan Məmmədov “Operativ Media”ya açıqlamasında bildirib.

Soltan Məmmədov: Ermənistan mina xəritələrini təqdim edərkən ...

Millət vəkili qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi heç bir zaman digər dövlətlərin daxili işlərinə heç bir müdaxilə etmir. Lakin bugün Azərbaycan hökümətini Fransadakı hadisələr çox maraqlandırır. 

“Çünki Fransa illərlə və bu gün də bizim regionda Azərbaycanın həyata keçirdiyi sülh siyasətinə bir dəstək vermək əvəzinə problem yaradan bir ölkəyə çevrilmişdir. Eyni zamanda qəbul etməliyik ki, Fransa Avropada həm güc sahibi, həm də illərlə avropada demokratiya dəyərlərinə dəstək olan bir ölkədir. Lakin son illər Fransa hökümətinin Fransa milli dəyərlərinin qanunverici orqanlarının Fransa ictimai orqanlarının davranışında biz böyük fərqlər görürük”

france_epeisodia_r_0207-5-scaled.jpg

Soltan Məmmədov qeyd edib ki, Azərbaycanda Fransada baş verən hadisələr yaxından izlənilir. 

“Azərbaycan hər zaman iki tərəfli münasibətlərin inkişafında maraqlı olub və bu gün də münasibətlərin bərpa olunacağında və gələcəkdə inkişaf edilməsində maraqlıdır. Lakin son illər Makron hökümətinin apardığı siyasət və eyni zamanda onların qanunverici orqanları olan milli assambleya və  senatda baş verən hadisələr onu göstərir ki, Fransa bugun doğrudan da bizim regionda həyata keçirilən dostluq əməkdaşlıq sülh siyasətinə birbaşa zərbə vuran bir ölkəyə çevrilmişdir"- deyə millət vəkili vurğulayıb.

Teqlər:

"Fransada baş verən hadisələr Azərbaycan - Ermənistan sülh danışıqlarına necə təsir edə bilər?"

Əlaqəli Xəbərlər