http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan və Rusiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb

03 İyul 2023 , 14:43
Azərbaycan və Rusiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb

“Azərenerji” ASC-nin və Rusiyanın “Rosseti” şirkətinin nümayəndələri iki ölkənin elektrik şəbəkəsi komplekslərinin fəaliyyətini müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, şirkətin baş direktoru Andrey Ryuminin rəhbərlik etdiyi nümayəndə heyəti şəbəkə infrastrukturunun istismarı və enerji avadanlıqlarının istehsalının genişləndirilməsi sahəsində Azərbaycandan olan həmkarları ilə təcrübə mübadiləsi aparıb.

Görüşdə iki ölkə arasında şəbəkənin inkişafı və modernləşdirilməsi, ölkələr arasında axınları təmin edən 110 və 330 kV-luq iki enerji tranzitinin etibarlı istismarı, Rusiya və Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının istismarı təcrübəsinə dair fikir mübadiləsi keçiriblər.

Rusiya nümayəndə heyəti “Azərenerji” ASC-nin milli enerji sisteminin avtomatik idarə edilməsinə və beynəlxalq elektrik enerjisi mübadiləsinin tənzimlənməsinə cavabdeh olan əsas şəbəkə idarəetmə mərkəzində olub.

“Rosseti”nin nümayəndələri, həmçinin enerji bloklarının və kommutasiya qurğularının istehsal olunduğu, kabel məmulatlarının və fiber-optik rabitə xətlərinin istehsal sahələrində olublar.

Qeyd edək ki, “Azerenerji” və “Rosseti” şirkətləri arasında birgə əməkdaşlığa dair müqavilə mövcuddur. Müqaviləyə əsasən, tərəflər dövlətlərarası tranzitlərin layihələndirilməsi, tikintisi və yenidən qurulması, inteqrasiya layihələrinin həyata keçirilməsinin mümkünlüyünün qiymətləndirilməsi, Rusiya və Azərbaycanın sərhədyanı ərazilərində obyektlərin fəaliyyətinin etibarlılığı, o cümlədən texnoloji nasazlıqların aradan qaldırılması məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
Menyu