http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AİBNDX Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

03 İyul 2023 , 20:31
AİBNDX Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) və Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı (EA) arasında keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələləri müzakirə edilib.

“Operativ Media” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Mauren Loj (Maureen Logghe) ilə keçirilən görüşdə bildirilib.

Görüş zamanı Məmməd Abbasbəyli qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələrinin də iştirak etdiyi görüşdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) üzvlük və əməkdaşlıq məsələləri müzakirə edilib, nəzəri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda Təşkilatın keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinə dəstəyi qeyd olunub, müvafiq sahədə ölkəmizlə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR
Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
Menyu