Menyu

“Həmin ocaqda güclü zəlzələ ehtimalı yoxdur”

Redaksiya
“Həmin ocaqda güclü zəlzələ ehtimalı yoxdur”

Həmin ocaqda güclü zəlzələ ehtimalı yoxdur. Hamı rahat yatsın, rahat işində olsun.
Bunu "Operativ Media"ya açıqlamasında Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələ ilk Siyəzən stansiyasında qeydə alınıb. "Respublikada olan 84 seysmik stansiyadan məlumatları aldıq. Episentr Mahaçqala tektonik qırılma hissəsində baş verib. 65 km dərinlikdə baş verən 5,7 ballıq zəlzələ dağıdıcı deyil. Ancaq hiss edilməyən xırda təkanlar ola bilər. Narahat olmağa dəyməz"

Qurban Yetirmişli gecə boyunca insanların təşvişinə fə aydınlıq gətirib. O bildirib ki, sosial şəbəkələrdə növbəti afterşokların olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

"Dünyada elə bir cihaz yoxdu ki, məlumat versin zəlzələ saat neçədə harada olacaq. Bundan sonrakı on illikdə də bəlkə heç olmadı".

Seysmoloji Xidmət Mərkəzinin direktoru Türkiyəli alim Cəlal Şengörün Bakıda zəlzələ olacaq fikrinə də aydınlıq gətirib.

"Azərbaycanın seysmoloji tarixi 427 ci ildən başlayır. Hamı bilir ki, aktiv zonalarda həmişə zəlzələ ola bilər". 

Teqlər:

"“Həmin ocaqda güclü zəlzələ ehtimalı yoxdur”"

Əlaqəli Xəbərlər