Türkiyə Misirə səfir təyin edir
Nərmin Qocamanlı
Türkiyə Respublikası ilə Misir Ərəb Respublikası diplomatik əlaqələri səfirlik səviyyəsinə qaldırıb.
"Operativ Media"nın xəbərinə görə, Türkiyə Qahirə səfiri vəzifəsinə səfir Salih Mutlu Şenin, Misir isə Ankara səfiri vəzifəsinə Misir Əmr Elhamaminin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Türkiyə və Misir 2013-cü ildən bəri ilk dəfə diplomatik əlaqələri bərpa edərək bir-birilərinə səfir təyin ediblər. İki ölkə arasında münasibətlər 10 il əvvəl Misir prezidenti Mursinin devrilməsindən və ölkədə baş verən qanlı toqquşmalardan sonra pisləşib. Ərdoğan o zaman Misir hərbçilərinin hərəkətlərini pisləyib, ardınca səfirlər geri çağırılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net