http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

04 İyul 2023 , 11:35
Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşliq Komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev PƏK-in 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiyanın Moskva şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq, Parlamentlərarası Əməkdaşlıq Komissiyasının Rusiya tərəfindən olan nümayəndə heyətinin tərkibində dəyişiklik, parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycan və Rusiya arasında sərhədyanı ərazilərdə, nəqliyyat-logistika sahəsində, habelə elmi-texniki sahədə əməkdaşlıq, PƏK-in 20-ci yubiley iclası barədə məsələlər müzakirə olunacaq.

Səfər iyulun 7-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR
Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

Menyu