Ermənistan prezidenti: Ermənistan müstəqil olduqdan sonra İranın dəstəyini daima hiss edib
Redaksiya
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İranın Ermənistandakı səfiri missiyasını başa vuran Abbas Bədəxşan Zohurini qəbul edib.
"Operativ Media" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərdən söz açılıb.
Xaçaturyan bildirib ki, Ermənistan müstəqil olduqdan sonra İranın dəstəyini daima hiss edib.
Görüşdə tərəflər enerji, ətraf mühitin mühafizəsi, infrastrukturun inkişafı, xüsusilə Ermənistanda Şimal-Cənub yolunun tamamlanması, elm və texnologiya sahəsində əməkdaşlıq, eləcə də mövcud imkanlarla əməkdaşlığın vəziyyətini müzakirə ediblər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma