Toy mərasimi zamanı şadlıq sarayında yanğın baş verib
Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.
Millenium şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.
Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.
Yanğın söndürülüb.
Hazırda araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net