http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Arzu Nağıyev və Rauf Əliyev Gürcüstanda azərbaycanlı gənclərlə görüşüb (FOTO)

04 İyul 2023 , 20:51
Arzu Nağıyev və Rauf Əliyev Gürcüstanda azərbaycanlı gənclərlə görüşüb (FOTO)

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstana səfərə gediblər.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində deputatlar Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən stadionda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak ediblər. Millət vəkilləri yeniyetmələrdən ibarət 5 komandaya 100 futbol forması, həmçinin futbol topları hədiyyə ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, bu cür sosial layihələr Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana marağının arıtırlması məqsədilə davam etdiriləcək. Səfir azərbaycanlı gənclərin gələcəkdə də Gürcüstanda idmanın inkişafına töhfə verəcəklərinə əmin olduğunu vurğulayıb.

Faiq Quliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Əlavə edib ki, Heydər Əliyev Gürcüstandakı azərbaycanlılara dayaq olub və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də soydaşlarızımın sosial rifahının artırılmasına yönəlib.

Marneuli meri Kənan Ömərov Azərbaycan nümayəndə heyətinə Marneulidə gənclərin inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Deputat Arzu Nağıyev qeyd edib ki, layihə bu vaxtadək Azərbaycanın 29 rayonunda həyata keçirilib. Rauf Əliyev layihənin gələn il də Gürcüstanda həyata keçiriləcəyini deyib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu