"Erməni diasporundan tutmuş Ermənistandakı Amerika səfiri və onun ətrafında olan şəxslərə aydındır ki, Azərbaycanın ərazi bütövlüyü yenilməzdir və Qarabağ erməniləri onun tərkib hissəsində yaşamalıdır" - bunu "Operativ Media"ya açıqlamasında politoloq Elşən Məcidov bildirib.
Politoloq son 24 saat ərzində Ermənistanda ciddi rezonans doğuran ABŞ səfirinin açıqlamasını şərh edib. Elşən Məcidov qeyd edib ki, səfirin "Biz inanırıq ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər. Hesab edirik ki, bütün tərəflər bunun mümkün olması üçün birgə səylər göstərməlidir. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır" açıqlaması gözləniləndir.
"Amerikanın Ermənistandakı səfirinin sözlərini şərh edərkən ilk növbədə xatırlamaq lazımdır ki, bu səfir elə namizəd olduğu bir zamanda Amerika siyasi sisteminə əsasən səfirlər icraçı hakimiyyət tərəfindən, dövlət katibliyi tərəfindən təyin olunur. Ancaq məhz senat tərəfindən təsdiqini tapır. Bu namizəd olduğu bir müddətdə Amerika konqresində senatda ən Ermənipərəst senat qeyd etmişdir ki, məhz səfir seçilsəm Azərbaycanı "sentyabr təcavüzünə görə" məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəm. Məhz bu sözlərə görə onu təsdiqlədilər və Ermənistana bir səfir kimi göndərdilər".
Elşən Məcidov bildirir ki, bütün bunlardan sonra bu səfir qeyd edirsə ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər və biz buna inanırıq. Əgər bunu Amerikadakı diplomatlar demirsə, məhz Ermənistandakı səfir deyirsə bu o anlama gəlir çıxır ki ,Amerikada vahid bir yanaşma var.
"Bu yanaşma hamıya bəllidir. Erməni diasporundan tutmuş Ermənistandakı Amerika səfiri və onun ətrafında olan şəxslərə aydındır ki, vahid yanaşma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü yenilməzdir və Qarabağ erməniləri onun tərkib hissəsində tərkibində yaşamalıdır. Buradan 2 nəticəyə gəlmək olar. Birincisi Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın suverenliyi tanınır. İkinci yanaşma ondan ibarətdir ki, Qarabağdan ermənilərin köçü və yaxud da ki, ermənilərsiz Qarabağ Amerika üçün qəbuledilməz bir yanaşmadır." -deyə politoloq bildirib.