"Baksol" yolunda hərəkətin məhdudlaşdırılması uzadılıb

Nərmin Qocamanlı
"Baksol" yolunda hərəkətin məhdudlaşdırılması uzadılıb

Paytaxtın Binəqədi rayonunun “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması müddəti noyabrın 5-i saat 23:00-dək uzadılır.

Bu barədə "Operativ Media"ya  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Digər xəbərlər