04 Noyabr 2022, 12:36
Azərbaycanda yodun qiyməti bahalaşdı
Azərbaycanda 40 qəpiyə satılan yod indi 1.20 manata satılır.
"Operativmedia.az" xəbər verir ki,sakinlərin sözlərinə görə, bəzi apteklərdə yodun 40 qəpiyə satıldığı deyilsə də, digərlərində qiymətin artıq 1 manat 19 qəpiyə qaldırıldığı bildirilib.
Tarif (qiymət) Şurasının oktyabrın 26-da keçirilən iclasında dövlət qeydiyyatına alınmış 76 yeni dərman vasitəsinin qiymətləri təsdiq edilib. Bu siyahıya yod da əlavə edilib. Siyahıda bir neçə ölkənin istehsal etdiyi yod var.
Hazırda apteklərdə Rusiyanın Yaroslavl Əczaçılıq Fabrikinin 5% 10 ml məhsulu satılır. Onun pərakəndə satış qiyməti oktyabrın 31-dən 1.19 manat müəyyən edilib.