Tahir Rzayev: Regionlarda kənd təsərrfüatı məhsullarının qiyməti Bakıdan 5 dəfə ucuzdur

Nərmin Qocamanlı
Tahir Rzayev: Regionlarda kənd təsərrfüatı məhsullarının qiyməti Bakıdan 5 dəfə ucuzdur

"Bu gün bazarda ərzaq məhsulları ilə yanaşı kənd təsərrüfatı məhsullarının qiymətləri də artır və bununla da inhisarçlılıq öz sözünü deyir".

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionlarda kənd təsərrfüatı məhsullarının qiyməti 5 dəfə ucuzdur, amma Bakıda bahadır: “Maliyyə orqanları bu sahədə fikirləşməlidirlər, çünki qiymətlərin bahalaşması həm sahibkarların ziyanınadır, həm də insanların rifahını aşağı salır”.

Digər xəbərlər