http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Qırmızı Xaçın qırmızı xəttimizi keçməsi - ŞƏRH

11 İyul 2023 , 10:12
Qırmızı Xaçın qırmızı xəttimizi keçməsi - ŞƏRH

Bu gün Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın keçid məntəqəsindən sui-istifadə etməsi, qanunsuz yüklərin daşınmasına cəhd etməsi faktları aşkarlanıb.

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev BQXK-nin qanunsuz fəaliyyətini “Operativ Media”ya şərh edib:

 “Bu məlumat Azərbaycan cəmiyyətini o qədər də təəccübləndirmədi. Çünki biz 30 ildə belə qırmızı üzləri də görmüşük, təşkilatları da.

Qanunsuz yükdaşıma ilə bağlı əvvəlcə onu xatırladaq ki, Laçın keçid məntəqəsi qurulmamışdan əvvəl separatçılar Rusiya sülhməramlıları ilə əlbir olub silah-sursat daşıyırdılar. Azərbaycanın dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, onlar bu qanunsuzluğu davam etdirirdilər və kimin ərazisində olduqlarını unudurdular. Nəhayət Azərbaycan Laçında keçid məntəqəsi qurdu və istər ermənilərin, istərsə də sülhməramlıların bütün fəaliyyətinə nəzarət rahatlıqla təmin edildi. Onda da bir neçə ölkə çıxıb Azərbaycanı keçid məntəqəsini ləğv etməyə çağırdı, hələ də sədalövhcəsinə belə çağırışlar edənlər qalıb. Biz həmin şəxsləri eşitdikmi? Kim bizim iradəmizə təsir edə bildi?

Gələk indi Qırmızı Xaç Komitəsinə...  

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 1949-cu ildən BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verilib.

BQXK yalnız hər iki tərəfin razılığı ilə öz missiyasını yerinə yetirə bilər.

Bu isə o deməkdir ki, Ermənistanla bərabər Azərbaycan da bu təşkilatın fəaliyyətinə icazə verib. Bu gün biz humanitar məqsədlərinə inandığımız bu təşkilatın etibarımızdan sui-istifadə etdiyini, erməni separatçıları ilə əl-ələ verib onlara benzin, siqaret daşıdığını görürük.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan bu təşkilata etibar edib. Amma eyni zamanda ehtiyatı da əldən verməyib. DSX-nin hərbçiləri BQXK-nin bütün davranışlarını, hərəkətini izləyib və onların qanunsuzluqlarını foto-video ilə aktlaşdırıb. Təşkilata rəsmi xəbərdarlıq edilib. Azərbaycan haqlı olaraq bu cinayət faktlarını qurumdan, təşkilatdan və ölkəsindən asılı olmayaraq ictimaiyyətə açıqlayır.

Hazırda zəruri istintaq tədbirləri ilə əlaqədar Laçın keçid məntəqəsində hərəkət dayandırılıb. Bu da olsun BQXK-nin ermənilərə humanitar yardımı...

İstintaqımız yekunlaşanda, cinayətkarlar öz cəzalarını alanda mülki erməni əsilli vətəndaşlarımız yoldan rahatlıqla istifadə edə biləcəklər”.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu