http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Dünya ictimaiyyəti Cənubi Qafqazda baş verən proseslər barədə tam məlumatlı deyil - Əziz Ələkbərli

11 İyul 2023 , 11:38
Dünya ictimaiyyəti Cənubi Qafqazda baş verən proseslər barədə tam məlumatlı deyil - Əziz Ələkbərli

Pakistan bizim üçün dost-qardaş dövlətdir. Biz bunu beynəlxalq müstəvidə hər zaman hiss etmişik.

"Operativ Media" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Sədri Əziz Ələkbərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşü zamanı deyib.

"Bizi tarixi köklərimiz birləşdirir. 44 günlük Vətən müharibəsində Pakistan bizə qardaş dövlətlər sırasında oldu. Biz Türkiyənin, Pakistanın və digər dost dövlətlərin dəstəyini müharibə dönəmində də, ondan sonra da hər zaman hiss edirik”, - deyə Əziz Ələkbərli vurğulayıb.

Onun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti Cənubi Qafqazda son 200 ildə baş verən proseslər barədə heç də tam məlumata sahib deyil. Bizim İcmanın məqsədi məhz bu əskikliyi aradan qaldırmaq, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır.

İcma sədri, həmçinin bildirib: “Bizim istəyimiz öz ata-baba yurdlarımıza təhlükəsiz və sülh şəraitində qayıtmaqdır. Biz bununla bağlı Ermənistanın baş nazirinə də müraciət etmişik. Bizim istəyimiz odur ki, Azərbaycanda qalıb yaşayan erməni vətəndaşlarına verilən hüquq eynilə bizlərə də şamil edilsin. Təəssüf ki, bizim bu çağırışlarımıza lazımi cavab verilmir. Əksinə, Qarabağda yaşayan ermənilərin hüquqlarının olması və bu kimi digər məsələlər qabardılır".

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu