Azərbaycanda tələbə təqaüdləri gələn ildən etibarən orta hesabla 20 % artırılacaq.
"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səslənən təkliflərə cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.