Menyu

Şolts: Türkiyə bizim üçün mühüm tərəfdaşdır

Nərmin Qocamanlı
Şolts: Türkiyə bizim üçün mühüm tərəfdaşdır

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvəsi öncəsi jurnalistlərə açıqlama verən Olaf Şolts, son Avropa İttifaqı (Aİ) Liderlər Zirvə toplantısında Türkiyə ilə AB arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı qərarların alındığını bildirib.

"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, münasibətlərin yaxşılaşdırılması üçün Aİ Komissiyasından təkliflər və hesabatlar təqdim etməsini istədiklərini ifadə edən Şolts: "Burada Rəcəb Tayyib Ərdoğanla da danışacağam. Türkiyə bizim üçün əhəmiyyətli bir tərəfdaşdır. Bu, gələcək münasibətlərdə də ifadə olunacaq", - deyə qeyd edib.

Ərdoğanla buradakı görüşündə əlaqələrin daha da inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağını bildirən Şolts qeyd edib ki, Avropa Şurası Türkiyə ilə əməkdaşlığın bərpası ilə bağlı müvafiq qərarların qəbulu üçün səy göstərir.

 

Teqlər:

"Şolts: Türkiyə bizim üçün mühüm tərəfdaşdır"

Əlaqəli Xəbərlər