http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb

11 İyul 2023 , 17:30
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb

11 iyul tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.

ADA Universitetində təşkil edilmiş açılış tədbirində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak edib. 

Müşavirədə açılış nitqi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. 

Çıxışlarda, Azərbaycan Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması istiqamətində atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edilib və müvafiq təlimatlar verilib. 

Müşavirə regionlar üzrə paralel panel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.

12 iyul tarixində isə müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diplomatiya və hərbi-siyasi təhlükəsizlik məsələləri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.

13 iyul tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və “Ağdamın dirçəlişi” adlı tədbirin təşkili planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu