Menyu

Türkiyədə vəfat edən keçmiş vergilər nazirinin cənazəsi Bakıya gətirilib

Nərmin Qocamanlı
Türkiyədə vəfat edən keçmiş vergilər nazirinin cənazəsi Bakıya gətirilib

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

"Operativ Media" xəbər verir ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər