04 Noyabr 2022, 19:41
Qadına qarşı dələduzluq edən şəxsin istintaqı başa çatıb
Qonşusu olan qadına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Nəriman Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Operativ Media" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, 74 yaşlı Bakı şəhər sakini Nisa Xanım Əzimova Nəsimi rayonu Vəzirov küçəsindəki 3 mənzilinin 30 illik qonşusu Nəriman Cavadov tərəfindən aldadılaraq satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Qadın qonşusunun ona qarşı 450 min manatlıq dələduzluq etdiyi qeyd edib.