Azyaşlını vuran sürücü saxlanılıb-YENİLƏNİB

admin
Azyaşlını vuran sürücü saxlanılıb-YENİLƏNİB

Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, Cəlilabad rayon sakini Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub. Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.

Ölkəyə qaçaqmalçılıqla külli miqdarda narkotik gətirən şəxslərə ağır cəza verilib

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

***

19:55

Cəlilabadda azyaşlı piyadanı vuran avtomobil, hadisə yerindən qaçıb.

"Operativ Media" xəbər verir ki, hadisə Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında baş verib.

Hələ ki, avtomobilin sürücüsü müəyyən olunmayıb.

2014-cü il təvəllüdlü Əli Elvin oğlu Novruzzadə ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Avtomobilin və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Digər xəbərlər