Ceyms Uorlik: Regionda kommunikasiyaların açılması Ermənistan üçün vacibdir
Redaksiya
"Regionda kommunikasiyaların açılması Ermənistanın marağına xidmət edir.
"Operativ Media" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mətbuatına müsahibəsində bildirib.
"Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, düşünürəm ki, Ermənistan və Azərbaycan üçün də yeni rifah dövrü açılacaq. Kommunikasiyaların açılması son dərəcə vacibdir və Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaltmağa imkan verəcək. Hazırda önəmli olan Qarabağ məsələsinin qərəzsiz şəkildə başa çatdırılmasıdır. ABŞ-ın regionda maraqları hər zaman olub. Azərbaycanın enerji sektoruna da maraq böyükdür, amma təkcə bu deyil. ABŞ regionda təhlükəsizliyin marağındadır".
Teqlər:
"Ceyms Uorlik: Regionda kommunikasiyaların açılması Ermənistan üçün vacibdir"