Menyu

Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa edib (FOTO)

Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa edib (FOTO)

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalanını ifşa edib.

"Operativ Media" xəbər verir ki, bu barədə H,Hacıyev tvitterdə paylaşım edib.

O, Ermənistan XİN rəhbərinin faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

"Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə 2 azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil", - Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, Ararat Mirzoyan daha əvvəl özünün tvitter hesabında vəfat edən azyaşlılara aid foto paylaşmış, bunun "Qarabağdakı humanitar vəziyyət" səbəbilə baş verdiyini iddia etmişdi.
 

Teqlər:

"Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa edib (FOTO)"

Əlaqəli Xəbərlər