Nikol Paşinyan Almaniyanın dövlət naziri ilə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda regional səfərdə olan Almaniyanın dövlət naziri Tobias Lindneri qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb.
Paşinyan Lindnerin səfərini alqışlayıb və qeyd edib ki, bu, Ermənistan-Almaniya münasibətləri, eləcə də regional məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir.
Nikol Paşinyan əlavə edib ki, Ermənistan Almaniya ilə müxtəlif sahələrdə, o cümlədən demokratik islahatların effektiv təşviqi sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.
Alman diplomat ölkəsinin Ermənistanla müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyə, eləcə də demokratik islahatların həyata keçirilməsi prosesinə dəstəyi davam etdirməyə hazır olduğunu vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, regionda təhlükəsizlik vəziyyətinə, Azərbaycanın "Laçın yolunu qanunsuz olaraq blokadaya alması" nəticəsində Qarabağda "humanitar böhran"ın dərinləşməsinə və bunun aradan qaldırılması üçün lazımi addımlara toxunublar.