Şəmkirdə yol qəzası olub, 2 nəfər xəsarət alıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobil toqquşub.
Qəzadan sonra “VAZ” yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net