DİN-dən Qaxda baş verən qətllə bağlı açıqlama

admin
DİN-dən Qaxda baş verən qətllə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Qax rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.

 

"Operativmedia.az"  “Report”a istinadən xəbər verir ki,hazırda 17 yaşlı qızın qətlində şübhəli bilinən şəxs və şəxslər axtarılır.

 

Dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

 

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, hazırda hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat - istintaq tədbirləri davam etdirilir.

 

 

Digər xəbərlər