14 İyul 2023, 23:39
Sony fiziki məhdudiyyətlilər üçün yeni oyun avadanlığı təqdim edib
Sony fiziki məhdudiyyətlilər üçün yeni oyun avadanlığı təqdim edib şəkil
Sony fiziki məhdudiyyətlilər üçün yeni oyun avadanlığı təqdim edib

Sony "CES 2023" sərgisində  yeni oyun idarəedicisini təqdim edib. Nə vaxt satışa çıxarılacağı və ya satılıb-satılmayacağı bilinməyən cihaz rəsmi olaraq sərgilənib.

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bundan əvvəl "Preject Leonardo"nu təqdim edib.

Bu məhsulun dizaynı digər Sony kontrollerlərinə əsaslanır, lakin ümumiyyətlə, "sükan çarxına" bənzər dairəvi dizayna üstünlük verilib.

Cihaz dəyişdirilə bilən düymələr, üçüncü tərəf aksesuar portları və digər fərdiləşdirilə bilən girişlərlə örtülmüş iki dairəvi oyun nəzarətçisi kimi dizayn edilib.

"Access Controller" adlı yeni cihaz isə idarəetmə dəstini təklif edir. Masanın üzərinə qoyulduqda düz dayana bilir. Arzu edilərsə, o, standart ştativə quraşdırıla və ya hər üç cihazı tez və asanlıqla tək oyun nəzarətçisinə çevirmək üçün "DualSense" ilə birləşdirilə bilər.

PlayStation 5 "Access Controller" üçün ilkin sifarişlər iyulun 21-dən başlayacaq. Lakin rəsmi satışların dekabrın 6-dan sonra başlayacağı gözlənilir.

Son xəbərlər
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb