http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Avtoxuliqanlıq edib internetdə paylaşan şəxs saxlanılıb

05 Noyabr 2022 , 09:36
Avtoxuliqanlıq edib internetdə paylaşan şəxs saxlanılıb

Avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşan Astara sakini həbs edilib.


DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi "Vaz 2106" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub.  Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb. 


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin 
şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
Menyu